Balaca oyunçular daha nəhəngləri itələyə bilməyəcək: EA SPORTS FC 27 üçün 1.3.0 yeniləməsi çıxdı
EA 26 noyabrda FC 27 üçün Title Update 1.3.0 yeniləməsini yayımladı. Fiziki toqquşmalar, qapıçılar, penalti qərarları və right stick fintləri dəyişib, Career Mode-a isə Loan to Buy seçimi gəlib.
,xPosition=0.5,yPosition=0.5)
EA SPORTS FC 27 oyunçuları həftəni yeni yeniləmə ilə bitirir. EA-nin 26 noyabrda paylaşdığı Title Update 1.3.0 qeydlərinə görə, bu dəfə əsas diqqət meydandakı oyuna verilib: on ətrafında oyun dəyişikliyi və bir sıra xəta düzəlişi var.
Meydanda nə dəyişdi
Ən çox müzakirə olunan dəyişiklik fiziki gücə aiddir: boyca xeyli qısa futbolçular artıq hündür rəqibi topdan bu qədər asan itələyə bilməyəcək. Qapıçılar yaxın küncə gələn zərbələrə qarşı daha düzgün mövqe tutur və daha etibarlı reaksiya verir. Cərimə meydançasında yüngül yan toqquşmalara görə penalti verilməsi ehtimalı azaldılıb. Ard-arda edilən right stick fintləri zəifləyib, topu yuxarı atdıqdan sonra sürət də azalır. Təmiz müdaxilədən sonra səhvən qayda pozuntusu verilməsi kimi xətalar da düzəldilib.
,xPosition=0.5,yPosition=0.5)
Career Mode da boş qalmayıb. Aşağı liqa klublarının transfer marağı yenidən balanslaşdırılıb, müqavilə yeniləmə bölməsinə maaş sütunu əlavə olunub, menecer rejimində icarəyə verilən futbolçunu sonradan almaq üçün Loan to Buy seçimi gəlib. Futbolçuların transfer tələbləri isə yoxlama aparılana qədər müvəqqəti söndürülüb.
The Grounds rejiminə qış teması əlavə olunur, Amps artıq 1v1, 2v2, 3v3 küçə futbolu və Rush matçlarına da təsir edir. Ultimate Team-də isə hələlik yalnız matça girişdə qara ekran xətası düzəldilib. EA bu rejim üçün əsas yeniliklərin Season 3 ilə gələcəyini deyir.
Ultimate Team üçün FC Points və EA SPORTS FC 27-nin PS5, PS4 versiyalarını, eləcə də EA Play abunəliyini saytımızda tapa bilərsiniz.
Source: EA SPORTS FC, MP1st

