01Ömürlük zəmanət. PS4 / PS5 Universal (öz hesabınızdan oynayırsınız)
- Bir dəfə, bir konsol: hesaba ikinci dəfə daxil olmaq və ya onu ikinci PlayStation-a yazmaq olmaz. Video təlimatdakı addımları eynilə təkrarlayın.
- İnternet: oyunu istədiyiniz vaxt yükləyə bilərsiniz; həm offline, həm də online rejimdə oynamaq olar.
- Məlumatlar: verilən hesabın heç bir məlumatını dəyişməyin, hesaba başqa cihazdan daxil olmayın və hesabı deaktiv etməyin.
- Oynanış: oyunları yalnız öz şəxsi hesabınızdan oynayın.
02Ömürlük zəmanət. Online forma (verilən hesabdan oynayırsınız)
- Bir konsol: hesabı ikinci PlayStation-a yazmaq olmaz. Video təlimatdakı addımları eynilə təkrarlayın.
- İnternet: oyunları istədiyiniz vaxt yükləyə, həm offline, həm online oynaya bilərsiniz.
- Məlumatlar: verilən hesabın heç bir məlumatını dəyişməyin, başqa cihazdan daxil olmayın və hesabı deaktiv etməyin.
- Oynanış: oyunları yalnız sizə verilən hesabdan oynayın. Oynamaq üçün konsolun internetə qoşulu olması kifayətdir.
03Abunəliklər
PS Plus, EA Play, Netflix, Spotify, YouTube Premium və digər abunəliklər abunə müddəti bitənə qədər zəmanətlidir. Müddət ərzində problem yaranarsa, bizə yazın, dərhal həll edirik.
04Ehtiyat qaydaları
- İşıqların kəsilməsi: PlayStation yanılı və ya yuxu rejimində olarkən elektrik kəsilərsə, konsolun yaddaşı zədələnə və sistemi yenidən qurmaq lazım ola bilər. Belə hallarda oyunlarda yaranan problemlərə görə Kral Games məsuliyyət daşımır.
- Hesabın silinməsi: verilən hesabı PlayStation-dan silmək olmaz.
05Vacib
Yuxarıdakı şərtlərdən hər hansı biri pozularsa, zəmanət qüvvədən düşür. Əmin deyilsinizsə, addım atmadan əvvəl WhatsApp-dan bizə yazın, kömək edək.
